Çəkməçi və tək ayaqlı uşaq | İbrətamiz hekayə

Bakının qədim bir məhəlləsinə kiçik ayaqqabı dükanı vardı. Dükanın özü də ən az məhəllə qədər qədimi idi.
Bir gün çəkməçi yeni gətirdiyi malları vitrinə yerləşdirərkən küçədə balaca bir oğlanın həvəslə ayaqqabılara baxdığını gördü.
O ayyaqqabıların ən yaxşılarını ön tərəfə qoyub pəncərəyə bir az da yaxınlaşdı. Uşaq, qoltuqaltıdan istifadə edirdi. Özü də çətinliklə… Kişi bir daha ona baxdı. Geyindiyi şalvarın sol hissəsi dizin aşağı hissəsindən sonra boş idi. Ona görə də sağa–sola uçurdu. Balaca maraq dolu baxışlarla ayaqqabılara baxırdı. Öz xəyal dünyasında bu çəkmələrlə bağçada ora–bura qaçır, digər uşaqlarla oynayırdı. Bir müddət xəyallara dalıb yerindəcə qalmışdı.

Çəkməçi və tək ayaqlı uşaq | İbrətamiz hekayə

Birdən özünə gəlib məyuscasına yoluna davam edirdi ki, kişi cəld dükandan bayıra atıldı və dedi:

– Ey balaca!.. Ayaqqabı deyəsən çox bəyəndin hə? Bu ilki modellər superdir!
Bu ayaqqabılar ki var, sənə çox yaraşar!
Yaxşı da zövqün var ha… Gəl bir ayağında yoxlayaq.

Balaca gülümsəyərək belə dedi:

– Onlar həqiqətən gözəldirlər!.
Bir müddət dayanıb sonra kədərli bir tərzdə sözlərinə davam etdi.
–Amma anadangəlmə bir ayağım yoxdur. Bəs digər tayını kim alacaq?

Çəkməçi sanki uşağın gözlərindəki dərin kədəri gördü və bir anlıq susdu.
– Eh, Dərd etiyin şeyə bax!.. Bir tayını da sol ayaqlı birinə satıram.

Balaca uşağın ağlı bu sözlə razılaşdı.

O birdən çəkmənin qiymətini görüb məyus oldu və dedi:

Amma üstündə 30 manat yazılıb. Mənim üçün bunu almaq sadəcə bir xəyaldır !

Birdən çəkməçinin ağlına bir fikir gəlir:
– Ayağındakı köhnə çəkmə ki var, onu verirsən mənə, mən də sənə yenisini verirəm. Bu qədər sadə.

– Zarafat edirsiniz? –deyə oğlan kəkələdi. Altı deşilmək üzrədir. Köhnə ayaqqabını kim alar?Özü də bir tay.

–Həqiqətən uşaqsan ki, uşaq. Əntiq əşyalar haqqında heç nə bilmirsən demək… Antikvar nə qədər köhnədirsə, bir o qədər bahalıdır. Ona görə də sənin ayaqqabın mənim fikrimcə ən azı 30–40 manat edər.

–Həyəcan və sevincdən balaca uşaq nə deyəcəyini bilmədi. Sanki özünü yuxudaymış kimi hiss edirdi. Bu gün onun üçün həyatının ən unudulmaz günlərindən biri idi.

Çəkməçi soruşdu:
– Üstəlik, sən məktəblisən, elə deyilmi?

– Hə, 7–ci sinifə gedirəm!.. – deyə oğlan həyəcanla söylədi.

–Nə gözəl. Yeni dərs ilinə bu çəkməylə başlayarsan. Ancaq mənə bir söz verməlisən.

Daha da həyəcanlanan uşaq soruşdu:
–Nə sözü?

– Çəkməçi mülayim bir tərzdəcə dedi:
–Dərslərini bundan sonra daha yaxşı oxuyacaqsan.

Uşaq gülümsəyərək:
–Əlbəttə söz verirəm!

–O zaman razılaşdır. Sözündə dursan mən də şad olaram.
Gəl keç ək içəri. Sən köhnəni çıxart mən də təzəni gətirim.

Onlar birgə mağazaya keçdilər
İçəridəki rəflər onun bəyəndiyi modellə dolu idi.. Uşağın sevincli görüb çəkməki də yaman sevinmişdi. Bəlkə də bütün ayyaqqabıları satsaydı heç bu qədər sevinməzdi.
O yeni ayaqqabını gətirdi və qayıdıb uşağı oturtdu və təzə ayaqqabılarını geyindirdi.

Çəkməçi:

– Gör necə yaraşdı! Elə bil üçün hazırlanıb!
–Və çıxardığı köhnəni göstərərək dedi:
Hə Köhnə dostuna da əlvida de. İndiyə qədər bütün yollarda o yoldaşlıq edib sənə.İndi isə yeni yol yolaşın bax bu gözəl çəkmədir.

–Balaca ona sarılıb yanağından öpdü və səmimi bir təbəssümlə təşəkkünü bildirdi.

Ancaq balaca bir tərəfdən sevinirdisə, digər tərəfdən də bir ayağına görə kədərli idi. İçindən kaş ki dedi. Kaş ki hər iki ayağım olaydı və hər ikisiylə yeni çəkmələrimi geyinib hər uşaq kimi qaçardım, əylənərdim.

Sanki uşağın içindən keçənləri duyan çəkməçi yavaşca söylədi.
–Kaş ki, insanın vicdanı yox, ayağı əskik olaydı.

Bunu eşidən balaca bir müddət düşünüb mənalı baxışlara söylədi:
– Birdən niyə belə dediz ki?

Çəkməçi:
– Yeni ayaqqabı səni ancaq bir müddət xoşbəxt edər balaca, həmişə yox.
Həmişə Xoşbəxt olmaq istəyirsən? Onda özünü və həyatı sev, Balaca.

–Axı mən qüsurluyam. Özümü necə sevim? Hamı kimi uşaqlığımı yaşaya bilmirəm? Həyatı necə sevim?

– De görüm səncə hər cəhətdən mükəmməl və qüsursuz insan var?Yoxdur elədir?
Hər insanın müəyyən əksikləri vardır əlbət… Hətta kənardan bizə mükəmməl kimi görünənlərin belə..Nə qədər çətin olsa da, önəmli olan bunlara böyük qüsur kimi baxmadan yaşaya bilməkdir. Belə şeyləri dərd edib arzu və xəyallarına əngəl olma, balaca.
Bəzilərinin əlləri yoxdur, bəzilərinin də ayaqları. Amma elələri də vardır ki, ağıl və vicdandan məhrumdurlar.Əsl budur qüsurlu olanlar sən yox..

Balaca uşaq böyük maraq və diqqətlə onu dinləyirdi. Çəkməçi həvəslə sözlərinə davam etdi:

Bax mən də Qarabağ qazisiyəm və bir ayağım protezdir. Səni çox yaxşı başa düşürəm. Çünki, eyni ağrı–acıları məndə yaşamış, o yollardan mən də keçmişəm. Amma buna rəğmən gənc yaşlarımdan çox çalışdım xəyalımdakı ayyaqqabı dükanını qurdum. Və yaşadığım çətinliklər məni daha güclü etdi.

Balaca oğlan bu sözlərdən təsirləndi. Bunu görən sözlərinə əlavə etdi:

– Sən təmiz ürəkli ağıllı bir uşaqsan…
Ağlın, ürəyin və ən əsası təmiz vicdanın ki var.Həm bu dünyada, həm axirət dünyasında bütün xeyirli qapılar üzünə açıq olacaqdır.
Sən yetər ki ümidini və inamını itirmədən çoxlu çalış.
Həm bilirsənmi? Sən çoxlarından daha yaxınsan Allaha və O səni hər zaman hər halınla sevir və qoruyur.
Gün gələcək bu dediklərimi daha yaxşı anlayacaqsan.

Balaca oğlan bir daha gülümsədi. Dediklərini tam başa düşməsə belə ürəyində bir rahatlıq hiss etdi. Təşəkkür etdi və birdən sevincindən ağlayaraq onu möhkəm qucaqladı
Sanki, bu günə qədər çəkdiyi ağrıları birdən yox olmuşdu.

Və o gün balaca həm də özünə bir söz verdi:
“Bundan sonra həyatımı sevib daha yaxşı bir insan olacaq, başqa insanlara yaxşılıq edərək yaşayacam. Ailəmə, Vətənimə və bütün dünyaya layiqli bir insan olacam.”

 

0 şərh